Paşinyan KTMT-nin baş katibi ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşüb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təşkilatda kollektiv təhlükəsizlik mexanizmləri müzakirə edilib.

 

Bildirilib ki, onlar həmçinin KTMT-nin məsuliyyət zonasındakı və regiondakı vəziyyət, eləcə də təhlükəsizlik çağırışlarından danışıblar.

Mənbə

Share: