
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Çinə səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə Braziliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
27-31 mart tarixlərində baş tutması planlaşdırılan səfərin ləğv edilməsinə səbəb Braziliya liderinin səhhətində yaranan problemlər olub. Səfərin başqa vaxt həyata keçiriləcəyi bildirilib.
Kliniki müayinədən sonra Lulaya A qripinin səbəb olduğu bakterial və viral bronxopnevmoniya diaqnozu qoyulduğu və müalicəyə başlanıldığı qeyd edilib.