BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Avqust 17 2019

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı


Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

 

Milletinsesi.az “Report”a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Axtarış zamanı Azərbaycan vətəndaşı maşından düşərək qaçmağa cəhd göstərsə də, polis onu yaxalayıb.

Onun üzərində və müvəqqəti yaşadığı yerdə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr – 709 ədəd “MDMA”, 86 ədəd “Suboksin”, 93 ədəd “Subuteks”, 3 ədəd “B8” həbi, ümumi çəkisi 1 kiloqram 239 qram olan “Bio” narkotik vasitəsi və 28 890 qram çəkidə yeni psixotrop maddə müsadirə olunub.

Faktla bağlı istintaq aparılır.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.