İqtisadiyyatda son 30 ilin ən böyük AZALMASI

İqtisadiyyatda son 30 ilin ən böyük AZALMASI

Qlobal iqtisadiyyatın inkişaf sürəti son 30 ilin ən aşağı səviyyəsinə enəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) yeni hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, 2022-ci ildən 2030-cu ilə qədər olan dövrdə qlobal ümumi daxili məhsulun orta artımı ildə təxminən 2,2% təşkil edəcək (2011-2021-ci illərdə 2,6% olub). Artım həm inkişaf etmiş ölkələrdə (1,4%-dən 1,2%-ə enəcək), həm də inkişaf etməkdə olan ölkələrdə (5%-dən 4%-ə) yavaşlayacaq.

 

Dünya Bankı qlobal artımın zəifləməsinə əsəs səbəb kimi COVID-19 pandemiyasının nəticələrini və Rusiyanın Ukraynadakı müharibəsini göstərir. Hesabatda yavaşlamanın daha da arta biləcəyi istisna edilməyib.

Mənbə

Share: