NATO Rusiyanı qınadı

Böyük dövlətlər arasında rəqabət dünya nizamına yeni təhdidlər yaradır və Krımın anneksiyası bunun nümunələrindən biridir.

Milletinsesi.az xəbər verir ki, bunu Yeni Zelandiyada Viktoriya Universiteti yanındakı Strateji Tədqiqatlar Mərkəzində çıxışı zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.

“Dünyanın təhlükəsizliyi qarşısında birinci maneə böyük güclər arasındakı rəqabətin artmasıdır. Biz bunun nəticələrini Krımın anneksiyasından Şimali Koreyaya, Suriyadan Cənubi Çin dənizinə qədər olan hər yerdə görürük. Krımın anneksiyası İkinci Dünya Müharibəsindən sonra bir dövlətin digər dövlətin ərazisini ilk işğal faktıdır. Rusiya mövcudluğunu digər ölkələrdə də artırır”, – deyə o bildirib.

Share: