Bakı sakininə qarşı quldurluq edilib

Bakı sakininə qarşı quldurluq edilib

Bakı sakininə qarşı quldurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – Nicat Kərimli və Tural Həmidov müəyyən olunaraq saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Mənbə

Share: