Şəhid ailələrinə və qazilərə dərman pulsuz verilsin

Milli Məclisdə qazilərə və şəhid ailələrinə dərmanların pulsuz verilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında sədr Əhliman Əmiraslanov çıxış edib.

 

“Dərmanların qiymətlərinin baha olması hələ də aktualdır. Biz bunları nəzərə almalıyıq. İnsanlar tərəfindən qiymətlərlə bağlı narazılıqlar var. Bildirim ki, TƏBİB-lə danışıqlar aparıb, qazi, şəhid ailələrinə dərmanların pulsuz verilməsi üçün işlər görməliyik. Düzdür, bu, böyük maliyyə tələb edir. Amma TƏBİB-in səlahiyyətləri böyüyür, düşünürəm ki, ilk mərhələdə qazi, şəhid ailələrini dərmanla təmin edə bilərik. Çünki insanların bununla bağlı narazılıqları var”, – deyə komitə sədri təklif irəli sürüb.

Mənbə

Share: