Soyuq suş almaq fikri qulağa elə də xoş gəlməyə bilir. Lakin sağlamlğa birçox faydası var.Milletinsesi.az Medicina.az-a istinadən sabahı soyuq su ilə açmağın gün ərzində xeyrlərini təqdim edir.
Duş almaq hərgün edilməli olan bir parasedurdur. Gigyenik baxımından olduqca vacib amildir. Adətən isti duş qəbul etməyə üstünlük veririk. Soyuq su ilə çimməyi isə çox insan sevməz. buna vərdiş etməmisinizsə başlamaqda çətinlik çəkə bilərsiniz. faydalarına görə bunu sıx-sıx təkrarlamlısınız. lakin həddindən artıq soyuq su da olmaz. Çalışın üşüməyin. qışda da ilıq su ilə yuyunmaqda fayda var.
DƏRİYƏ VƏ SAÇLARA FAYDALIDIR
İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR
Soyuq su ilə duş almaq, bədəni gücləndirir. Buna görə də virsularddan sizi uzaq tutur. Soyuq suya girdikdə, insanın canına titrətmə gəlir. Bu öz növbəsində insan orqanizmində metobalizmi gücləndirir və immun sisteminin bərpasını aktivləşdirir.
Soyuq duş artıq çəki atmağa kömək edir. Vücud soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji itirməsinə səbəb olur. Bədən isindikcə daha çox yağ yandırır və bu arıqlamağa yardımçı olur. Soyuq su ilə çimmək sizi, vücudunuzda toplanan toksinlərdən azad edir.
Limfa mayesi əzələlərin bükülməsi ilə yaranır. Soyuq duş bütün bədəndəki əzələlərin yığılmasını təmin etdiyi üçün limfa sistemi də yaxşı işləyir. Beləliklə tullantı maddələr orqanizmdən daha sürətlə atılır.
Soyuq su hormon vəzlərinin fəaliyyətini artıraraq, orqanizmdə daha çox hormon sağlamlığını təmin edir. Sperma sayı temperatur artıqca aşağı düşür.
Soyuq duşun təsirini nəfəsinizdə aydın bir şəkildə hiss edəcəksiniz. Soyuq duş ciyərləri açaraq daha çox oksigen alınmasını təmin edir. Beləliklə, özünüzü daha az yorğun hiss edəcək və idman edərkən daha az yorulacaqsınız.
STRESİ AZALDIR
Bu proseduru yay aylarından başlamaq məsləhətdir. Həmçinin daim isti duş alan adam birbaşa soyuq suya keçə bilməz. Çünki bu soyuqlamağa yaxud ostroxandroz, qaymarit və.s iltihabi xəstəliklərin dərinləşməsinə səbəb ola bilər. Ona görə də isti sudan soyuq suya dərəcə-dərəcə keçmək lazımdır. Bir çox adamlar üçün ani bir dəyişiklik böyük bir stressə səbəb ola bilər. Soyuq duşa vərdiş etmək üçün gündəlik çimdikdə, son saniyələrdə soyuq su duş almaq məsləhətdir.