Ukrayna Təhlükəsizlik Xidməti (UTX) hazırda Xerson bölgəsinin sakinlərindən “rus batalyonu” təşkil edən Odessa vilayətinin fövqəladə hallar orqanının keçmiş əməkdaşını qiyabi şəkildə şübhəli şəxs elan edib.
Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, söhbət Rusiyaya qaçmış sabiq prezident Viktor Yanukoviçin dövründə çalışmış Aleksandr Korotayevdən gedir.
Qeyd olunub ki, onun iş üzrə cəlb edilməsi üçün işlər görülür və müvafiq tədbirlər davam etdirilir.