3379 nəfər namizədliyə namizədimiz var

3379 nəfər namizədliyə namizədimiz var

Türkiyədə müxalifətin “Millət İttifaqı”nın üzvü olan İYİ Partiyanın sədri Meral Akşener seçkilər barədə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

O bildirib ki, 3379 nəfər partiyanın proporsional siyahısından deputatlığa namizəd olmaq üçün müraciət edərək istəyini açıqlayıb.

 

“Onlardan 32 faizi qadın, 21 faizi isə gəncdir”, – deyə Akşener bildirib. İYİ Partiyanın sədri namizədlərini tərəfdarlarının rəyini öyrəndikdən sonra müəyyən edəcəklərini söyləyib.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

Mənbə

Share: