Hindistanın baş diplomatı Rusiyaya gedir

Hindistanın Xarici İşlər naziri Subraman Cayşankar avqustun sonunda Rusiyaya gələcək.

Milletinsesi.az  xəbər verir ki, bunu Hindistanın Rusiyadakı səfiri Venkateş Varma jurnalistlərə açıqlamasında deyib. Varma onun Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini bildirib.

Qeyd edək ki, son günlər Kəşmir məsələsiylə əlaqədar Hindistanın ABŞ və Pakistanla münasibətləri gərginləşib. Dehlinin Kəşmirin xüsusi statusunu ləğv etməsi Pakistanın etirazına səbəb olub. Üstəlik, İslamabad ABŞ-dan Hindistanla arasında vasitəçi olmasını istəyib.

Share: