
Türkiyədə tanınmış aktyor Mehmet Aslantuğ deputatlığa namizəd olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş tviter səhifəsində məlumat verib.
Baş bildirib ki, partiyadan sənətçiyə TİP-in proporsional siyahısından namizəd olmaq təklifi təqdim olunub. M.Aslantuğ təklifi qəbul edib və namizəd olaraq seçkilərə qatılacaq.
“Təklifimizi qəbul edərək bizə güc verən sevgili Mehmet Aslantuğa ürəkdən təşəkkür edirəm”, – deyə partiya sədri yazıb.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. TİP seçkilərə “Əmək və Azadlıq İttifaqı”nın üzvü kimi girir. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb.