Renat Dadaşov rəsmən İngiltərə Premyer Liqası klubunda – Yenilənib

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  “Vulverhempton” klubuna keçidi rəsmiləşib.

Qol.az-ın  klubun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb. Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi  “Eştoril”dən transfer etdiyi R.Dadaşovu daha sonra derhal  Portuqaliyanın digər klubu “Pakoş de Ferreyra”ya  bir mövsümlük icarəyə verib.

Artıq “Pakoş de Ferreyra” da Renatla müqavilə imzalandığını rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, Renat Dadaşov ötən il  “Ayntraxt”dan “Eştoril”ə transfer olunmuşdu.

Xatırladaq ki, R.Dadaşov bu il ilk dəfə əsas millimizə çağırılıb.

Share: