
ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-də Brüsselə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel məlumat verib.
NATO xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gələn Blinkenin səfəri aprelin 5-dək davam edəcək.
Blinkenin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcəyi gözlənilir.