Araz Ağalarovun qızı “Bentley” ilə qəzaya düşdü

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Sabina Ağalarova idarə etdiyi “Bentley” avtomobili ilə qəzaya düşüb.

Milletinsesi.az  virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. Xanım Ağalarovanın idarə etdiyi avtomobili arxadan “QAZel” markalı yük avtomobili vurub.

“Ağalarova Moskva küçələrində bahalı “Bentley” avtomobili ilə gedirdi. Hansısa məqamda onun avtomobilini arxadan “Qazel” vurub”, “Beşinci kanal” xəbər verir. Mənbə bildirir ki, Sabina Ağalarova hadisədə “Qazel” sürücüsünü günahkar sayır.

Share: