Razim Məmmədov “başsız qalan” rayonda baş redaktorun obyektini sökdürdü

25-ə ilə yaxındır ki, Xətai rayonunda yaşayıram. Razim Məmmədov Xətai rayonuna icra başçısı təyin olunanda fərdi ev və ya obyekt tikmək istəyən sakinlər heç bir problem yaşamadan tikinti apara bilirdilər. İş gedəndə ustadan tutmuş məmuruna kimi hamı dolanırdı. Məmmədov qəpik-quruşa başa gələn “gözyumduların” qiymətini 20 min manata qədər qaldırdı. Sonda onun pul yığanı və qohumu Xalid Məmmədov həbsxanaya, özü isə PA-ya getdi. Yəni sirkə tündləşdikcə öz qabını partlatdı..

Bu sözləri Milletinsesi.az-ın baş redaktoru Talıb Əhədov  özünün feysbuk səhifəsində yazıb. O,bildirib:

“Vəzifəsindən etdiyi qanunsuzluqlara görə azad edilən sabiq başçı necə oldusa Prezident Aparatında vəzifə ala bildi və bunun hesabına da Xətaidə qalan qol budaqlarını qoruyur. Səkkiz aydan artıqdır ki, Xətai rayonuna icra hakimi təyin edilmir. Yəqin ki, burada da sabiq başçı maneə yarada bilib. Prezident Aparatında Xətai rayonunu kurasiyasına alan Məmmədov hələ də başsız qalan rayonda at oynadır. Adamları vasitəsi ilə..

Razim Məmmədovun icra başçısı olduğu müddətdə Xətaidəki qanunsuz tikililərdən ən çox yazan mənim rəhbərlik etdiyim xəbər saytı – “Milletinsesi.az” olub. Yazılara görə təhdid olunmuşam, obyektimin sökülməsi ilə hədələnmişəm . Lakin yenə də haqlı mövqeyimdə qalmışam.

Beş-altı il istifadəmdə olan Xətai rayonu Cavanşir küçəsində yerləşən 8 kv/m-lik anbar dünən Məmmədovun adamları vasitəsi ilə söküldü. Daşın hardan atıldığı tam bəlli idi. Sabiq başçı onun haqqında yazılan yazıları çıxarmadığım üçün bu yola əl atıb.

Sökülmənin səbəbi kimi hansısa qadının şikayətçi olduğu bildirilən qolçomoqlar hüquqi dövlətdə yaşamaqlarını da unudublar. Qadının şikayəti varsa belə məhkəmə yolu ilə həll olunması vacib olan məsələ qanunla deyil, tapşırıqla həyata keçirildi.

Nəzərinizə çatdırım ki, o qadın dəfələrlə məni və obyektdə çalışanları söyüb, təhqir edib və hamilərinin göstərişi ilə dövlət qurumlarına şikayət edib. Razim Məmmədovdan deyil, qadın şərindən qorxduğum üçün Xətaidə olan obyekti dəyər-dəyməzinə satışa çıxardım.

 

Razım Məmmədov qanunsuz əməllərinə görə üç gənci xərclədi; öz qohumu Xaliq Məmmədov, BŞİH-nin Xətai rayonu üzrə kuratoru Nailı və FHN- nın əməkdaşı Fəridi..

İndi də növbə mənimdi..

Razim Məmmədov və digər məmurlar Bakı şəhərində və digər yerlərdə ərazisi min kv.m- lərlə ölçülən obyektlərə sahib ola bilir, amma biz 10 kv/m dəmirdən olan sahəni daşla əvəz edə bilmirik. Anında yerlə yeksan edilir.

Araşdıran yoxdur ki, dövlətdən aldığı maaşla saysız hesabsız varidata necə yiyələniblər? Qeyd edim ki, sökülən obyektin dəmir köşk kimi sərəncamı var və onun daşa çevrilməsi ilə bağlı icra hakimiyyətinə müraciətə etsəm də müsbət cavab ala bilməmişəm”.

Share: