Bu rayonlarda qaz olmayacaq

Bu gün “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

Azəriqaz İstehsalat Birliyindən Milletinsesi.az- a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır. Saat 14:00-dan etibarən işlər başa çatanadək isə Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

Share: