Rusiya Zaporojyeni atəşə tutdu – Uşaq öldü, 2 nəfər yaralandı

Rusiya Zaporojyeni atəşə tutdu – Uşaq öldü, 2 nəfər yaralandı

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətini atəşə tutub.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, nəticədə 1 uşaq həyatını itirib.

 

Şəhər Şurasının katibi Anatoli Kurtevin sözlərinə görə, atışma nəticəsində 2012-ci il təvəllüdlü azyaşlı oğlan həlak olub. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o, təcili yardım maşınında dünyasını dəyişib.

 

1 nəfərə yerindəcə tibbi yardım göstərilib, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Mənbə

Share: