Yol Polisi əhaliyə müraciət etdi 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a bildirilirb ki, “Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

 

Sürücülərin nəzərinə çatdırılıb ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: