Rusiya maksimal resurs sərfi ilə minimal məqsədlərə nail olur

“Rusiya Ukraynanın Marinka bölgəsində zirehli hücumları gücləndirir”.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

 

“Son 7 gündə Rusiya çox güman ki, Donetskdən 20 kilometr cənub-qərbdə yerləşən Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında zirehli hücumunu gücləndirib”, – kəşfiyyat xidməti bildirib.

 

Vurğulanıb ki, Rusiya Federasiyası Marinka və Avdiyevkanı tutmaq üçün külli miqdarda resurs sərf etməyə davam edir, lakin eyni zamanda minimal məqsədlərə nail olur.

 

Xatırladaq ki, Marinka üçün 2014-cü ildən döyüşlər gedir və o, artilleriya atəşi nəticəsində xeyli dərəcədə məhv edilib.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: