Paşinyana çətir atan qadına cinayət işi açıldı 

Paşinyana çətir atan qadına cinayət işi açıldı 

Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan qadın saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, 47 yaşlı qadın baş nazirə qarşı zorakılıq tətbiq etməyə çalışıb və bundan əvvəl o, polisin qanuni tələblərinə tabe olmayıb. 

 

Hücum edən qadına qarşı cinayət işi açılıb. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mənbə

Share: