Baş kəsilməsi cəzasız qalmayacaq – Heger

 

“Bu, unudulmuş və cəzasız şəkildə qalmayacaq”.

  1. Millətin Səsi.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Eduard Heger tviter səhifəsində Ukrayna hərbçilərinin başının kəsilməsi ilə bağlı videoya münasibət bildirərkən yazıb.

“Rusiya təcavüzkarlarının Ukraynada törətdiyi dəhşətli vəhşiliklərin gündəlik dozasına uyğunlaşa bilmirik. Ukrayna əsgərinin İŞİD üslubunda başının kəsilməsi göstərir ki, onların pis əməllərində nə hüquqi, nə də insani məhdudiyyət yoxdur. Nasistlər də belə düşünürdülər. Amma cəzasız qalmadı. Bu da unudulmayacaq”, – o qeyd edib.

Qeyd edək ki, dünən CNN ukraynalı hərbçilərin başının kəsildiyini əks etdirən 2 video yayıb.

Mənbə

Share: