Şahmatın rapid növü üzrə komandalararası dünya çempionatının yeri və tarixi açıqlanıb

Şahmatın rapid növü üzrə dünya çempionatının keçiriləcəyi tarix və məkan bəlli olub.

Yarış 26-28 sentyabrda Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.

Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq.

Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 000 avrodur.

Mənbə

Share: