Aprelin 13-də Ermənistanda işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan Respublikasının Rusiya hərbi kontingentinin müvəqqəti(!) nəzarətinə verilmiş ərazisindəki 32 “yaşlı” separatçı-terrorçu rejimin qondarma “ombudsmanı”- “hüquq müdafiəçisi” Geqam Stepanyanı qəbul edib.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
“Azərbaycan-Qarabağ münaqişəsinin həllində ATƏT-in iştirakı”nı vurğulayan üzdəniraq “ombudsman” ATƏT sədrinə Azərbaycan dövlətinin guya “Qarabağdakı erməniləri blokadada saxlaması, hüquqlarını tapdaması” və s. haqda çərənləyib.
O, ATƏT-in Minsk Qrupu formatının bərpa edilməsinin, Qarabağa “faktaraşdırıcı qrupun göndərilməsinin və daimi iştirakının olmasının zəruriliyini vurğulayıb”.
Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Sultan Laçın