ABŞ Venesuelanın Sosialistlər Partiyasının liderlərindən Diosdado Kabelo ilə gizli danışıqlara başlayıb.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, tərəflər Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılacağı halda onun yaxın ətrafına təhlükəsizlik zəmanətinin verilməsini müzakirə edirlər.
Agentlik Kabelonun Karakasda keçən ay Tramp administrasiyası ilə sıx əlaqəsi olan şəxslə danışıqlar apardığını bildirib. Kabelo ilə aparılan danışıqların digər yüksək vəzifəli venesuelalılarla da aparıldığı vurğulanıb.
Bununla belə, agentliyin mənbəsi hazırda ABŞ-ın Maduronu Kabelo ilə əvəzləmək fikrinin olmadığını deyib. Danışıqların əsas məqsədinin hazırkı rejimin tərəfdarları arasında fikir ayrılığı yaratmaq olduğu qeyd edilib.