Toqquşmalara görə 815 nəfər Sudanı tərk edə bilər 

Toqquşmalara görə 815 nəfər Sudanı tərk edə bilər 

Sudandakı toqquşmalar nəticəsində 815 nəfərin ölkəni tərk edəcəyi proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi BMT-nin qaçqınlar üzrə rəsmisi Rauf Mazuya istinadən məlumat yayıb.

 

Bildirilir ki, artıq 73 minə yaxın insan ölkəni tərk edib.

 

Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmada azı 528 nəfər ölüb, 4599 nəfər yaralanıb. 

 

Qeyd edək ki, Nizami ordu ilə çevik hərəkət qüvvələri arasında toqquşmalar aprelin 15-də başlayıb.

Mənbə

Share: