Üçtərəfli görüşlə bağlı ilk açıqlama

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.

 

***

18:50

ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.

 

Görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.

 

Xəbər yenilənəcək

Mənbə

Share: