Belarus XİN başçısı Rusiyaya səfər edəcək

Belarusun xarici işlər naziri Sergey Aleynik Rusiyaya səfər edəcək.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 16-17 may tarixlərində paytaxt Moskvada olacaq.

 

Qeyd olunub ki, səfər çərçivəsində onun Rusiya parlamentinin spikeri Vyaçeslav Volodinlə görüşü nəzərdə tutulub.

 

Onun rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcəyi gözlənilir.

Mənbə

Share: