Azərbaycan xalçaları beynəlxalq onlayn platformada satışa çıxarılıb

Azərbaycan xalçaları beynəlxalq onlayn platformada satışa çıxarılıb

Azərbaycan xalçaları artıq beynəlxalq onlayn platformalardan biri olan “Shopify”da satışa çıxarılıb.

Bunu “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib.

O bildirib ki, ABŞ mərkəzli bu platformada xalçalara daha çox tələb var:

“Məqsədimiz Azərbaycan xalçalarını daha çox insanın görməsi və almasıdır. Bu platforma həmçinin logistikanı təmin edir və xalçalar müxtəlif ölkələrə çatdırılır”, – deyə E. Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan xalçalarının “Amazon” və bu kimi dünyanın digər onlayn alış-veriş platformalarında satışı ilə bağlı da danışıqlar aparılır.

Mənbə

Share: