FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Vüqar Həşimov Şahmat Akademiyasında olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) bildirilib ki, A.Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-in prezidenti Mahir Məmmədova Akademiyada görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, yeni layihələr və yarışların keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda qonaqlar Vüqar Həşimov Muzeyi ilə tanış olublar.

FIDE-nin prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

Mənbə

Share: