Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib

Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib

Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib.

 

Moderator.az-ın məlumatına görə, yarışda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir – “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır.

 

Onlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.

 

Yarışda balacalar – alətsiz, gürzlər, lent, yeniyetmələr – alətsiz, top, gürzlər, gənclər isə – halqa, top, gürzlər və lentlərlə bacarıqlarını nümayiş etdirəcəklər.

 

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.

 

Mənbə

Share: