“Rusiyalılar prioriteti dəyişib: Baxmutu zəbt etmək əvəzinə Ukraynanın əkshücumuna hazırlaşır”

“Rusiyalılar prioriteti dəyişib: Baxmutu zəbt etmək əvəzinə Ukraynanın əkshücumuna hazırlaşır”

“Vaqner”in Baxmutda verdiyi böyük itkilər, həmçinin rusiyalı hərbçilərin müdafiə mövqelərinə keçməsi Ukrayna qüvvələrinə
səmərəli əkshücum üçün imkanlar yaradır…”

Rusiya Müdafiə Nazirliyi döyüş meydanında prioritetini dəyişərək, operativ diqqəti Baxmutun zəbt edilməsindən Ukraynanın əkshücumuna hazırlığına yönəldib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) 5 may tarixli hesabatında deyilir.

Qeyd edilir ki, Rusiya ordusunun taktikasının dəyişilməsi “Vaqner qrupu” özəl hərbi şirkətin muzdluları və onun təsisçisi Yevgeni Priqojini potensial olaraq mürəkkəb vəziyyətə salıb.

Analitiklər qeyd edir ki, Priqojinin “vaqnerçilərin” lazımi döyüş sursatlarını almayacağı təqdirdə Baxmutdan, guya, çıxaracağı ilə təhdid etdiyi videoda başçının “məyusluğu və güclü hiddəti” sezilir.

Bu zaman Rusiya MN-nin prioritetini dəyişməsi və bununla da “Vaqner”in səmərəli fəaliyyət göstərməsini ciddi təhlükəyə məruz qoymasına rəğmən, muzdlular döyüş sursatlarının qıtlığına baxmayaraq Baxmutu tam zəbt etmək cəhdlərini dayandırmayıb.

“Vaqner”in Baxmutda davam edən inadkarlığı  Rusiyanın Ukraynada digər istiqamətlərdə hücum tempinin ümumən zəifləməsi ilə ziddiyyət təşkil edir, çünki Rusiyanın nizami ordusu, deyəsən, xeyli dərəcədə istiqaməti dəyişərək Ukraynanın çoxdan gözlənilən əkshücumuna hazırlaşır”, – məlumatda deyilir.

Ekspertlər qeyd edir ki, “Vaqner”in Baxmutdakı itkiləri Rusiya MN tərəfindən prioritetlərin ehtimal edilən dəyişməsi ilə bərabər Priqojini və “vaqnerçiləri” xüsusilə pis vəziyyətə sala bilər.

“Hələlik, Priqojinin mayın 10-da Baxmutdan həqiqətən çıxmaq niyyətində olduğu bəlli deyil, ola bilsin ki, o, son bəyanatı ilə Müdafiə Nazirliyinin dəstəyini almaq üçün cəhd edib. 

Əgər hər halda “Vaqner” geri çəkilərsə, ehtimal ki, onlara geri çəkilmənin müdafiəsi və asanlaşması üçün Rusiya MN-nin avadanlığı lazım olacaq”, – hesabatda deyilir.

Bundan başqa, analitiklər hesab edir ki, rusiyalı hərbçilərin “Vaqner”in muzdlularının Baxmutu tərk edə biləcək mövqelərinin komplektləşdirməsi üçün ehtiyatları çatışmır.

“Vaqner” özəl hərbi şirkətin Baxmutda taktiki nailiyyətlər naminə verdiyi böyük itkilər, həmçinin rusiyalı hərbçilərin müdafiə əməliyyatlarına hazırlaşaraq umumən daha ehtiyatlı mövqelərə keçməsi, görünür, Ukrayna qüvvələrinə ön cəbhədə müxtəlif rayonlarda səmərəli əkshücum üçün imkanlar yaradır”, – ISW hesab edir.

Mənbə

Share: