Nazarbayevin qızı yenidən spiker seçildi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin yuxarı palatasına sədr seçilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nazarbayevanın yenidən bu vəzifəyə namizədliyini Qazaxıstan hazırkı rəhbəri Kasım-Jomart Tokayev irəli sürüb.

Senatorlar Nazarbayevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Dariqa Nazarbayeva atasının könüllü istefasından bəri Qazaxıstan Senatına rəhbərlik edir. Ancaq avqustun 12-də yenidən Senatın deputatı seçildiyi üçün spiker vəzifəsinə təkrar seçilmə prosedurundan keçməli idi.

Share: