Xətai rayonu dəyişir- 90 min kv.m qazon, minlərlə ağac.. FOTOLAR/VİDEO

Xətai rayonunda 8 aydan artıqdır ki, abadlıq-quruculuq işləri dayanmadan davam etdirilir. Bütün küçələr, səkilər, yol kənarları yenidən abadlaşdırılır. Həyətlərdə  sakinlərin istirahət etməsi üçün müasir üslubda oturacaqlarla  təmin olunmuş xüsusi yerlər düzəldilir.

Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən Milletinsesi.az-a verilən məlumata görə, bu müddət ərzində Xətai rayonunda   müxtəlif sahələrini  əhatə etməklə 90 min kv.m qazon ötrüyü vurulub və  minlərlə ağac, kol bitkiləri əkilərək yaşıllıqlar yaradılıb. Bunların tərkib hissəsi olaraq  Zığ yolu 9 saylı ünvanda yerləşən park  yenidən qurulub;  parkın ərazisində  mövcud olan şəhid abidələrinin  ətrafında  yaşıllıqlar salınıb və abidəyə xüsusi görkəm verilib.

Məlumatda bildirilir ki,  qeyd olunan ünvanda mini futbol və basketbol meydançaları inşa edilib, səkilərə döşəməlik daşlar düzülüb, yaşıllıq örtüyü salınıb, üzlük daşlarla üzlənmə işləri aparılaraq  zövq oxşayan park sakinlərin  istirahəti üçün istifadəyə verilib. Xətai rayonunda Həzi Aslanov və Əhmədli metrosunun ətrafı, M.Hadi küçəsi, Cavanşir küçəsi və demək olar ki, bütün ərazilər ardıcıl olaraq abadlaşdırılır.

Bir sözlə,  Xətai  Rayon İcra Hakimiyyəti  ölkə prezidenti-cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz fasiləsiz olaraq səmərəli fəaliyyət göstərir. Günü-gündən dəyişən rayonumuza Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da diqqət və qayğısını əsirgəmir. Sakinlərin Bakımızın meri ilə tez-tez görüşməsi buna əyani sübutdur.

Görülən işlərin bir qismini əks etdirən fotoları və videonu təqdim edirik:

Share: