
Almaniyanın Ştutqart şəhərindən (Baden-Vürtemberq) 15 kilometr aralıda yerləşən Sindelfingendəki “Mercedes-Benz” zavoduna silahlı hücum olub.
Modern.az-ın məlumatına görə, region polisinin sözçüsü bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb.
“Atəş açan şəxs saxlanılıb. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur”, – o qeyd edib.
Logistika firmasının əməkdaşı olan 53 yaşlı şübhəli dindirilir. Ölənlərin hər ikisi 44 yaşında olub. Məlumata görə, hücum edən şəxs fabrik işçiləri tərəfindən zərərsizləşdirilib. O, polis gələnə qədər saxlanılıb.