“Putin dünyada ən təhlükəli axmaqdır”

“Putin dünyada ən təhlükəli axmaqdır”

“Bu müharibədə nələrin baş verdiyini anlamaq üçün Putinin başına nüfuz etmək lazımdır, təəssüf ki, o, öz beyninə viza vermir…”

“Vau! Putin Ukraynaya, heç demə, Rusiyanın ailə dəyərlərini müdafiə etmək üçün hücum edib! Görəsən, bu, kimin ağlına gələ bilərdi?..”

“Rus xalqı çox şeyləri bağışlaya bilsə də, hərbi məğlubiyyəti heç vaxt bağışlamır..”

Amerikalı jurnalist, üçqat Pulitser mükafatı laureatı, “New York Times” qəzetinin köşə yazarı Tomas Fridman hesab edir ki, Ukraynada hadisələrin inkişafı, daha doğrusu, son bir neçə ay ərzində bunun olmaması həyəcan doğurur.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc edilən “Vladimir Putin dünyada ən təhlükəli axmaqdır” adlı məqalədə deyilir.

Fridman yazır ki, Rusiya lideri öz simasını saxlamaq üçün hətta nüvə müharibəsinə gedə bilər və indi yalnız bununla məşğuldur.

Fridmanın fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsini üç əsas amil müəyyən edib və müəyyən etməkdə davam edir.

“Fakt N 1. Belə şeylər baş verəndə, beynəlxalq münasibətlər üzrə icmalçıların özlərinə verdiyi sual çox asandır: mən indi harada-Kiyevdə, Donbasda, Krımda, Moskvada, Varşavada, Brüsseldə və ya Vaşinqtonda olmalıyam? 

Və bu müharibənin əvvəllindən nəyin baş verdiyini anlamaq üçün olmalı bir yer olubsa, o da Vladimir Putunin başıdır. Təəssüf ki, Putin öz beyninə viza vermir”, – jurnalist yazır.

Lakin, onun sözlərinə görə, bu müharibə tamamilə Putinin başında, onun məmurlarının və ya hərbi komandanlığının və, təbii ki, rusiyalılar tərəfindən kütləvi sorğu olmadan yaranıb.

Ona görə də müharibə yalnız Putin onu dayandırmaq qərarı verəndə bitəcək.

Fakt N 2. Bizi bu nəticəyə gəlməyə Putinin heç vaxt “B” planının olmaması sövq edir. İndi aydındır ki, o, asanlıqla Kiyevdə peyda olacağını, öz qulunu prezident təyin edəcəyini, Ukraynaya tam yiyələnəcəyini və Avropa İttifaqı, NATO və ya Qərb mədəniyyətinin Rusiyada istənilən eskalasayasına son qoyacağını düşünüb”.

Fakt N 3. Buradan bu nəticəyə gəlirik ki, Putin özünü elə vəziyyətə salıb ki, qalib gəlməyə bilməz və dayana bilməz. O, bütün Ukraynaya nəzarəti ələ keçirə bilməz. Lakin  eyni zamanda o, bu qədər insan həyatı və milli resursları sərf edəndən sonra məğlub olmağı özünə rəva bilməz.

Fridman hesab edir ki, Putinin heç vaxt “B” planı olmayıb. Ona görə də o, Ukrayna şəhərlərini və mülki infrastrukturunu seçim etmədən atəşlərə məruz qoyur və ümid edir ki, bu yolla “ukraynalıların kifayət qədər qanını sora biləcək və müttəfiqlərini tükəndirək, bununla da ona Ukraynanın rusdilli şərq hissəsinin ona qalmasına imkan veriləcək və o, bunu rus xalqına böyük qələbə kimi təqdim edəcək”.

“Putinin “B” planı ondan ibarətdir ki, “A” planının uğursuzluğa düçar olduğunu gizlətsin. Əgər bu hərbi əməliyyat dürüst adlandırılsa, ona “simanın xilas edilməsi əməliyyatı” demək lazımdır.

Bütün bunlar bu müharibəni müasir dünyanın ən ağrılı və ən mənasız müharibəsinə çevirir. Hücum edən ölkənin lideri başqa ölkənin mülki infrastrukturunu məhv edir ki, özünün axmaq olduğu və öz imkanlarını həddən artıq dəyərləndirməsi faktını gizlətsin”, – Fridman yazır.

Onun sözlərinə görə, mayın 9-da Qırmızı meydanda çıxış edərkən, Putin “istənilən dəlildən yapışaraq Ukraynanın tam dövlət deyil, Rusiyanın bir hissəsi olduğu barədə özünün fantaziyalarından başladığı bu müharibəyə haqq qazandırmağa cəhd edib”.

Rusiya prezidenti həmçinin “Qərbin qlobalist elitasını”, “rusofobiya”, aqressiv millətçilik”, “ənənəvi ailə dəyərlərinin məhv edilməsini” də xatırladıb.

“Vau! Putin, heç demə, Ukraynaya Rusiyanın ailə dəyərlərini müdafiə etmək üçün hücum edib. Görəsən, bu, kimin ağlına gələ bilərdi?” – jurnalist istehza edib.

O, sual edir: nədən Putin kimi diktator ona maskalanmanın lazım olduğunu hesab edir? Bəyəm o, vətəndaşlarını onun istədiklərinə inanmağa vadar edə bilməz?

Fridman bu suallara cavab verir. O, yazır ki, diktatura ölkələrində iş təcrübəsi onu buna öyrədib ki, hətta ən sərt avtoritarizmlərdə cəmiyyət həmişə hər şeyi anlayır, insanlar isə hakimiyyətin səhvlərini öz aralarında müzakirə edir. Putin bunu da gözəl anlayır və onu “bu gün iki fənn -hesab və Rusiya tarixi qorxudur.

Jurnalist xatırladır ki, Ukraynada təkcə son beş ayda 100 min, Putinin 2022-ci ilin fevral ayında başladığı müharibədə isə 200 min rusiyalı həlak olub və ya yaralanıb.

“Bu, hətta böyük ölkə üçün böyük qurbanlardır və siz insanların bu barədə danışanda Putinin narahat olmasını görə bilərsiniz”, – Fridman hesab edir.

Onun fikrincə, Putin müharibəninin necə pis getdiyi barədə söz-söhbətlərdən çəkinməsəydi, belə dərinə getməzdi.

Köşə yazarı amerikalı politoloq Leon Aronun fikrindən iqtibas gətirib. O, “The  Washington Post” qəzetində yazıb:

“Rusiya tarixinin Allahları heç vaxt hərbi məğlubiyyətləri bağışlamır. Rusiya lideri müharibəni açıq-aşkar məğlubiyyətlə bitirərsə və ya qələbə olmazsa, adətən, rejimin dəyişilməsi baş verir.

Biz bunu birinci Krım savaşından, rus-yapon savaşından, Rusiyanın Birinci dünya savaşında uğursuzluqlarından, Xruşşovun 1962-ci ildə Kubadan geri çəkilməsi və Brejnevin Əfqanıstan təlatümü və kampaniyasının Qorbaçovun yenidənqurma və aşkarlıq inqilabını sürətləndirməsindən  sonra görmüşük.

Rus xalqı, bəlli dözümünə rəğmən, çox şeyləri bağışlaya bilsə də, hərbi məğlubiyyəti heç vaxt bağışlamaz”.

Aron hesab edir ki, hazırda Putinin iki çıxış yolu var: Ukrayna və Qərb tükənənədək müharibəni uzatmaq, yaxud ABŞ-la birbaşa qarşıdurmaya gedərək, nüvə silahı ilə mübadilə etmək və vahimə içində olan dünyaya Krımın və Donbasın Rusiyanın tərkibində olmaqla dinc nizamlanma təklif etmək.

Fridman belə variantı da istisna etmir: “Putinin başına nüfuz edib onun novbəti addımını proqnozlaşdlırmaq mümkün deyil. Lakin diskusiyanın tonu məni narahat edir. Çünki Putinin hərəkətlərindən biz aydın şəkildə görürük ki, o, “A” planının iflasa uğradığını anlayır.

İndi isə “B” planını işləyib hazırlamaq üçün hər şey edəcək. İnsanların daima hər şeyi müzakirə etdiyi, uduzan liderlərin dinc yolla hakimiyyətdən getmədiyi ölkədə dəhşətli qurbanlara haqq qazandırmaq üçün o, bunu etməyə məcburdur.

Mənbə

Share: