Ukrayna hərbçiləri Bryansk vilayətinin Trubçevski rayonunun Belaya Berezka kəndində mülki əhaliyə qarşı “Qrad” reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə irimiqyaslı zərbələr endirib. Nəticədə bir mülki şəxs həlak olub, yanğın və xilasetmə xidmətinin əməkdaşı yaralanıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə region qubernatoru vəzifəsini icra edən Yeqor Kovalçuk bildirib:
“Ukraynalı neonasistlər Trubçevski rayonunun Belaya Berezka kəndində dinc sakinlərə qarşı “Qrad” reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə məqsədyönlü, kütləvi hücuma keçiblər. Ukrayna hərbçilərinin bu cinayətkar əməlləri nəticəsində bir mülki şəxs həlak olub. Yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşı yaralanıb. Adam Maks xəstəxanaya çatdırılıb, ona lazımi tibbi yardım göstərilib”.
Kovalçuk əlavə edib ki, ərazidə bir neçə yaşayış binası, ictimai obyekt, 10-dan çox fərdi yaşayış evi, inzibati bina və qarajlar zərər görüb.
“Bu qorxaqcasına hücum nəticəsində bir neçə çoxmərtəbəli bina, 10-dan çox fərdi yaşayış evi, ictimai obyektlər, inzibati strukturlar və qarajlara ziyan dəyib. Dəymiş ziyanın nəticələri və miqyası ilə bağlı təfərrüatlar hələ də dəqiqləşdirilir”, – o yazıb.
Mənbə: TAAS


