Zambiyada avtobus və yük maşını toqquşub, 20-dən çox adam ölüb

Zambiyada avtobus və yük maşını toqquşub, 20-dən çox adam ölüb

Zambiyanın cənubunda avtobusla yük maşınının toqquşması nəticəsində ən azı 24 nəfər ölüb.

Bu barədə polis sözçüsü Denni Mvale bildirib.

“Ölənlərlə yanaşı, 12 nəfər də yaralanıb”, – Mvale qeyd edib.

Avtobusda kilsəyə ibadət etməyə gedən ziyarətçilər olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə

Share: