
Ukrayna Prezidenti Volodimir Zelenski sabah, mayın 14-də Almaniyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Almaniyaya ilk səfəri zamanı onun bir sıra rəsmilərlə görüşü gözlənilir.
Almaniya hökuməti məlumatı təsdiqləsə də, səfərin proqramı açıqlanmayıb.
Qeyd edək ki, Zelenski bu gün İtaliyaya gedib.


