Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı Qafqazinfo Xalq artisti ilə əlaqə saxlayıb. C. Zeynallı açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib:
“Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?”.