Milletinsesi.az xəbər verir ki, Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xudat-Qusar yolunun Bala Qusar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Zeynulla Cəbrayılov idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə onun sərnişini, 1980-ci il təvəllüdlü Pərvanə Babayeva xəstəxanada dünyasını dəyişib. Sürücü və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
© xezerxeber.az