“Mercedes” ağaca çırpıldı: bir ölü, üç yaralı – FOTO

Milletinsesi.az xəbər verir ki,  Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xudat-Qusar yolunun Bala Qusar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Zeynulla Cəbrayılov idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə onun sərnişini, 1980-ci il təvəllüdlü Pərvanə Babayeva xəstəxanada dünyasını dəyişib. Sürücü və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

 

© xezerxeber.az

Share: