Nazir 3 rəis təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Report-un məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib.

İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən fakt təsdiqlənib.

***

Daxili İşlər naziri Vilayət Eyvazovun digər müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

***

Oxu.az-ın xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun daha bir əmri ilə polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

Share: