Ölkə kubokunda finalçılar bu gün bəlli olacaq

Ölkə kubokunda finalçılar bu gün bəlli olacaq

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.

 

İlk yarımfinal oyununda “Baku Fire” və MUM komandaları üz-üzə gələcəklər. Matça saat 19:30-da start veriləcək. Digər matçda isə “Neftçi” komandası “Rəvan” ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:30-da səsləndiriləcək.

 

Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Mənbə

Share: