
İspaniyada Hərbi Hava Qüvvələrinə məxsus F-18 döyüş təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Bildirilir ki, hadisə sərgi zamanı baş verib. Pilot katapult etməyi bacarsa da, ayağından xəsarət alıb .
Qırıcı hərbi düşərgənin ərazisinə düşüb, bundan sonra yanğın başlayıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Pilot xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.


