
Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut şəhərinin ələ keçirildiyini təsdiqləyib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “G7” sammitində jurnalistlərin Baxmutla bağlı sualını cavablandırarkən bildirib.
“Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, – Zelenski deyib.
Qeyd edək ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.


