Makron Zelenskiyə hökumət təyyarəsi verilməsini Fransanın şərəf məsələsi hesab edir

Makron Zelenskiyə hökumət təyyarəsi verilməsini Fransanın şərəf məsələsi hesab edir

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Fransa hökumət təyyarəsinin Ukrayna rəhbəri Vladimir Zelenskiyə verilməsi Fransa üçün şərəf məsələsidir.

O, bu barədə bazar günü Xirosimada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Düşünürəm ki, bunu etmək Fransanın şərəf məsələsidir. Bu, münaqişənin ilk günündən Kiyevi dəstəkləmək siyasətimizə tam uyğundur”, – o bildirib:

“Bizim mövqeyimiz aydın və sabitdir: biz Ukraynanı hər cür dəstəkləyirik, münaqişəyə girmirik”.

Qeyd edək ki, Makronun Xirosimada keçiriləcək G-7 sammitinə getmək üçün Zelenskiyə hökumət təyyarəsi vermək qərarı Fransada tənqidlərə səbəb olub.

Mənbə

Share: