Misirdən Rumıniyaya gedən, 128 metr uzunluğunda olan 6177 tonluq “Maximus 1” gəmisində Dardanel boğazından keçərkən nasazlıq yaranıb.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Gəminin kapitanı vəziyyəti radio ilə bildirdikdən sonra Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin “Türkeli” ehtiyat gəmisi əraziyə göndərilib.
“Maximus 1” gəmisi “Türkeli”nin müşayiəti ilə Şevketiyeyə aparılıb və orada lövbər salıb. Boğazda su nəqliyyatı vasitələrinin hərəkətində problem yoxdur.