ABB keçmiş deputatın oğlunun şirkətini məhkəməyə verdi – Kredit qalmaqalı

Azərbaycan Beynəlxalq Bankı (ABB) “Atlant-İK Group” MMC-ni məhkəməyə verib.

 

Valyuta.az xəbər verir ki, ABB-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

 

Kənan Hüseynov iş üzrə hakim təyin edilib. 

 

Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır. 

 

“Atlant-İK Group” MMC  3 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İmaməliyev Rəşad Asif oğludur. 

Yeri gəlmişkən, bank onu da məhkəməyə verib. 

 

İnternet resurslarında apardığımız araşdırmalardan məlum olub ki, “Atlant-İK Group” MMC turizm şirkətidir. 

 

Rəşad İmaməliyevin isə keçmiş deputat Asif İmaməliyevin oğlu olduğu iddia edilir. O, Milli Məclisin ikinci çağırışı deputatı olub. 

 

Asif İmaməliyev hazırda hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində çalışır. 

Mənbə

Share: