ABŞ bu raketləri “təqaüdə” göndərir: Onların arasında “tanınmışlar” da var…

ABŞ Ukrayna-Rusiya müharibəsində özünü doğrultmayan bəzi raketləri “təqaüdə” yollayacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Məlumata görə, Pentaqon üçün bir növ silah testi rolunu oynayan Ukrayna-Rusiya müharibəsində bəzi yeni raket sistemlərinin özünü gözləniləndən daha çox doğrultması, bir sıra ənənəvi raketlər üçün sonun başlanğıcı olub. Belə ki, yeni raket sistemləri yüksək dəqiqliyi və dağıdıcılıq qabiliyyəti ilə ənənəvi rəqiblərini böyük ölçüdə geridə qoyub. Müşahidə və müqayisələr hətta HİMARS kimi raketlərin belə yeni modifikasiyalı raketlərə uduzduğunu göstərib.

 

Bu səbəbdən də ABŞ hərbi rəhbərliyi bəzi raket sistemlərini silahlanmadan çıxarmaq, onları yeni nəsil raket sistemləri ilə əvəz etmək niyyətindədir. Pentaqon hesab edir ki, ABŞ “qəfil, uzunmüddətli və irimiqyaslı” müharibəyə hazır olmalıdır. Hərbi rəhbərliyin qənaətincə, bu müharibənin avanqardı Ukrayna-Rusiya müharibəsində özünü doğruldan raketlər ola bilər.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: